Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Nəqliyyat vasitəsində spirtli içkilər aşkar edilib

Nəqliyyat vasitəsində spirtli içkilər aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, həmin ölkə vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük baxışı zamanı avtomobilin yük yerində olan soyuducu ilə dəmir örtüyün arasında gömrük nəzarətindən gizlədilən 0,7 litrlik qablaşdırmada 50 ədəd “Beluga Transatlantic” markalı spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Avqust 2022 13:13
195