Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və İran gömrük xidməti nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib

Azərbaycan və İran gömrük xidməti nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib

Avqustun 22-də  İran İslam Respublikasına səfəri çərçivəsində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov ilə İran İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Əlireza Moqəddəsi arasında ikitərəfli formatda görüş keçirilib.

İran İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Əlireza Moqəddəsi ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin gömrük işi sahəsini də əhatə etdiyini, qarşılıqlı əlaqələrin ticarət həcminin artmasına, prosedurların sadələşdirilməsinə və sürətləndirilməsinə imkan yaratdığını bildirib.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov ölkələrimiz arasında tarixi-mədəni əlaqələrin, iqtisadi-ticari münasibətlərin önəmini qeyd edib. Həmçinin  vurğulanıb ki, qarşılıqlı əməkdaşlığın inkişafı iqtisadi-ticarət əlaqələrin də yüksəlməsinə şərait yaradıb.

Görüşdə iki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edilən gömrük nəzarətini ilkin elektron məlumat mübadiləsi vasitəsilə reallaşdırmaqla sürətli keçidin təmin olunması, iki ölkə arasında tranzit əməliyyatlarının tam elektronlaşdırılmasını nəzərdə tutan "e-TIR Pilot" layihəsinin tətbiq edilməsi, yeni sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı qarşılıqlı fəaliyyətin həyata keçirilməsi və gömrük nəzarəti sahəsində nəticələrin qarşılıqlı tanınması istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

22 Avqust 2022 17:49
195