Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün kontrafakt və saxta malların ölkəyə idxalına qarşı mübarizə üzrə təlim keçirilib

Gömrük əməkdaşları üçün kontrafakt və saxta malların ölkəyə idxalına qarşı mübarizə üzrə təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyası və “Colgate-Palmolive” şirkətinin ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük orqanları tərəfindən qorunması" mövzusunda təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan müvafiq qurumların ümumilikdə 23 nəfər gömrük əməkdaşı iştirak edib.

Gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə təşkil edilən təlim “Colgate-Palmolive”  şirkətinin meneceri Ramin Həsənov tərəfindən aparılıb. Təlimdə kontrafakt və saxta malların ölkəyə idxalına qarşı mübarizə, “Colgate-Palmolive” şirkətinin məhsullarının orijinal və saxta olanlarının ayırd edilməsi üsulları, həmçinin beynəlxalq təcrübədə saxta mallara qarşı mübarizə istiqamətində görülən işlərlə bağlı məlumat verilib.

Sonda əməkdaşları maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 Sentyabr 2022 14:03
195