Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Corabın içində psixotrop maddə keçirməyə cəhd etdi

Corabın içində psixotrop maddə keçirməyə cəhd etdi

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana gedən "SCANIA" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və baxış zamanı kinoloji xidmət iti avtomobilin kabinəsinin ətrafına reaksiya verib. 

Yoxlamadan öncə sorğu-sual edilən sürücü idarə etdiyi nəqliyyat vasitəsində və öz üzərində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı isə onun ayağındakı corabın pəncə hissəsində gömrük nəzarətindən gizlədilən, 1 ədəd sellofan paketdə qablaşdırılan və üzərində “B2” yazısı olan 50 ədəd həb və 1 ədəd həb qırıntısından ibarət dərman preparatı aşkar edilib. 

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən həblər “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin II Siyahısı”na daxil olan buprenorfindir və təsiredici maddəsinin ümumi miqdarı 0,101 qram təşkil edir. 

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

 

9 Sentyabr 2022 14:55
195