Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ümumdünya İlk Tibbi Yardım Gününə həsr edilən tədbir keçirilib

Ümumdünya İlk Tibbi Yardım Gününə həsr edilən tədbir keçirilib

Sentyabrın 9-da Dövlət Gömrük Komitəsinin Akademiyasında könüllü gömrükçülər üçün Ümumdünya İlk Tibbi Yardım Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, DGK Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi Vüqar Əliyev, DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının təcili yardım şöbəsinin əməkdaşları iştirak ediblər. 

Çıxış edənlər “Könüllü gömrükçü” dəstəsinin fəaliyyətindən məmnunluqla bəhs edib, dəstə üzvlərinin ilk tibbi yardım haqqında əldə edəcəkləri bilik və bacarıqların mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. 

Sonra həkimə qədər ilk yardım, ilan, əqrəb, hörümçək və həşərat sancmaları, eləcə də müxtəlif zəhərlənmələr zamanı ilk tibbi yardım mövzusunda təqdimatlar nümayiş etdirilib. Eyni zamanda, ilk tibbi yardımın faydası, ardıcıllığı, süni tənəffüsün verilməsi qaydaları və digər zəruri məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. 

Tədbirin sonunda könüllü gömrükçülər öyrəndikləri bilikləri təcrübədə tətbiq ediblər. 

Daha sonra həkimlər onların suallarını cavablandırıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Sentyabr 2022 16:33
195