Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov gömrük postunda mövcud vəziyyətlə tanış olub

DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov gömrük postunda mövcud vəziyyətlə tanış olub

Sentyabrın 16-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımqara” gömrük postunda olub.

Postda mövcud infrastrukturun vəziyyəti ilə tanış olan Şahin Bağırov xidmət səviyyəsinin yüksəldilməsi, beynəlxalq tranzitin sürətləndirilməsinə dəstək verən tədbirlərin həyata keçirilməsi, sərhədkeçmə proseslərində yubanmalara yol verilməməsi, gömrük nəzarətinin səmərəli şəkildə reallaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Sentyabr 2022 16:06
195