Dopinq vasitələrinin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması mövzusunda təlim keçirilib
Dopinq vasitələrinin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması mövzusunda təlim keçirilib
Sentyabrın 23-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Dopinq vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsi hallarının qarşısının alınması" mövzusunda təlim keçirilib.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) ekspertləri tərəfindən keçirilən təlim gömrük əməkdaşlarının maarifləndirilməsi və peşəkarlıqlarının artırılması məqsədilə təşkil edilib.
Təlimdə antidopinq sahəsində ümumi məlumat, antidopinq qaydaları və təcrübəsi, qadağan edilmiş siyahı, dopinq preparatları, poçt bağlamaları ilə bağlı qlobal trend, AMADA-nın araşdırmaları və digər mövzularda müzakirələr aparılıb, bu sahədə beynəlxalq təcrübəyə dair məlumat verilib, iştirakçılar üçün praktiki məşğələlər keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi