Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobilin soyuducusunda narkotik vasitə aşkar edildi

Avtomobilin soyuducusunda narkotik vasitə aşkar edildi

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda ölkəmizdən tranzit keçməklə, İran İslam Respublikasından Gürcüstana “travertin daşları” yükü aparan “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçərkən saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə sərhəd xidmətinin əməkdaşları ilə birgə gömrük yoxlaması həyata keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin kabinəsindəki soyuducunun içərisində, şəffaf sellofana bükülü iki ədəd bağlamada, ümumi çəkisi 291 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Sentyabr 2022 10:45
195