Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobilin yük yerində narkotik vasitə aşkar edildi

Avtomobilin yük yerində narkotik vasitə aşkar edildi

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda ölkəmizdən tranzit keçməklə, İran İslam Respublikasından Gürcüstana mal qismində minik maşını aparan “DAF" markalı yük nəqliyyat vasitəsinə kinoloji xidməti it tətbiq edilməklə baxış keçirilib. Xidməti itin avtomobilin qoşqusuna verdiyi reaksiya əsasında gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı avtomobilin qoşqusunda olan minik maşınının yük yerində gömrük nəzarətindən gizlədilən, ağ rəngli salfet kağıza bükülü 1 ədəd bağlamada, ümumi çəkisi 16 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

 Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Sentyabr 2022 11:43
195