Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin əməkdaşları arasında görüş keçirilib

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin əməkdaşları arasında görüş keçirilib

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin əməkdaşları arasında gömrük nəzarətinin təşkili, gömrük sahəsində milli qanunvericiliklərin tələbləri və icra mexanizmləri ilə bağlı onlayn formatda görüş keçirilib.

Görüş Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair Tədbirlər  Planına müvafiq olaraq təcrübə və məlumat mübadiləsi məqsədilə keçirilib.

Görüşdə beynəlxalq daşımalarda istifadə edilən konteynerlərin müvəqqəti idxal şərtlərinə dair məsələlər müzakirə olunub, eləcə də Türkiyə gömrük xidmətinin mütəxəssisləri “Malların son istifadə, saxlanc və daxildə emal xüsusi gömrük prosedurları” mövzusunda təqdimatlarla çıxış edib, Türkiyə təcrübəsinə dair məlumatlar veriblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Sentyabr 2022 14:22
195