Gömrük Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Gömrük Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunub
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Dövlət Gömrük Komitəsinin Akademiyasının professor-müəllim heyəti ilə görüşüb.
Beynəlxalq Müəllimlər Günü münasibətilə kollektivi təbrik edən Şahin Bağırov ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, dövlət rəhbərliyinin bu vacib sahəyə yüksək diqqət və qayğısından danışıb. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən təhsil sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilən Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi İslam Hüseynovu da təbrik edərək pedoqoji fəaliyyətində nailiyyətlər arzulayıb.
Daha sonra tədbirdə pedaqoji fəaliyyətlərində səmərəli xidmətlərinə görə fərqlənən Akademiya əməkdaşlarına Dövlət Gömrük Komitəsinin Fəxri Fərmanları təqdim edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi