Dövlət Gömrük Komitəsində təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsində təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib
Oktyabrın 1-də Dövlət Gömrük Komitəsində təqaüdə çıxan bir sıra rəhbər gömrük əməkdaşları ilə görüş keçirilib.
DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov təqaüdə çıxan əməkdaşlara gömrük sistemində uzun illər fəaliyyətlərinə görə təşəkkürünü bildirib və onların Vətənə, dövlətçiliyə sədaqətinin, keçdikləri xidmət yolunun və təcrübələrinin gənc əməkdaşlara ötürülməsinin əhəmiyyətini diqqətə çatdırıb, onlara gələcək həyat fəaliyyətlərində uğurlar arzulayıb.
Təqaüdə çıxan gömrük əməkdaşları onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, uzun illər gömrük orqanlarında fəaliyyətlərinə verilən dəyərə görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda təqaüdə çıxan gömrük əməkdaşlarına Dövlət Gömrük Komitəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi