Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
“Saxta xalça məhsullarının müəyyən edilməsi” mövzusunda təlim keçirilib
“Saxta xalça məhsullarının müəyyən edilməsi” mövzusunda təlim keçirilib
Oktyabrın 7-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük əməkdaşları üçün “Saxta xalça məhsullarının müəyyən edilməsi” mövzusunda təlim keçirilib.
Tədbiri gömrük əməkdaşlarının peşə və ixtisas biliklərini artırmaq məqsədilə Dövlət Gömrük Komitəsi və “Azərxalça” ASC birgə təşkil ediblər. Təlimdə “Azərxalça” ASC-nin mütəxəssisləri iştirakçılara bu qurumun QR kodlu xalçaları ilə iş prinsipləri, istifadə qaydaları barədə məlumat veriblər.
Təlim çərçivəsində əldə edilən məlumatlar gömrükçülərin xalça və digər toxuma məmulatları haqqında bilgilərini artırmaqla yanaşı, sərhədkeçmə prosesində gömrük işinin daha səmərəli və sürətli şəkildə reallaşdırılmasına da şərait yaradacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
7 Oktyabr 2022 16:23