Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov ÜGT-nin regional ofisinin yeni rəhbəri ilə görüşüb

DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov ÜGT-nin regional ofisinin yeni rəhbəri ilə görüşüb

Oktyabrın 14-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Avropa Regional Ofisinin yeni rəhbəri Narynkul Tagainazar ilə görüşüb.

Narynkul Tagainazarı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən Şahin Bağırov gömrük işinin təşkilində beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını, bu istiqamətdə region ölkələri arasında əlaqələrin gücləndirilməsi və koordinasiyasında ÜGT-nin regional ofisinin mühüm rol oynadığını vurğulayıb. 

DGK ilə ÜGT arasındakı səmərəli əməkdaşlıqdan bəhs edən Şahin Bağırov ölkəmizdə gömrük işinin müasir çağırışlara uyğun şəkildə qurulması, gömrük inzibatçılığının təkmilləşdirilməsi məqsədilə mühüm addımlar atıldığını, bu istiqamətdə ÜGT-nin alətlərindən, tövsiyələrindən davamlı istifadə olunduğunu diqqətə çatdırıb.

Narynkul Tagainazar Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Avropa Regional Ofisinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdarlığını ifadə edib, əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirib.

Görüşdə ÜGT-nin Bakı şəhərindəki Avropa Regional Ofisinin fəaliyyəti ilə əlaqədar müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrin inkişafının zəruriliyi vurğulanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Oktyabr 2022 17:27
195