Dövlət Gömrük Komitəsində ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının nümayəndələri ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsində ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının nümayəndələri ilə görüş keçirilib
Oktyabrın 20-də Dövlət Gömrük Komitəsində ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə iki qurum arasındakı işgüzar münasibətlərdən bəhs olunub, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının əməkdaşların potensialının gücləndirilməsi baxımından Azərbaycan gömrüyünə göstərdiyi dəstək yüksək qiymətləndirilib, narkotik vasitələrin şərqdən-qərbə, xüsusilə Avropaya daşınmasına qarşı mübarizədə Azərbaycan gömrüyünün fəaliyyətinin önəmi qeyd olunub.
Həmçinin məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi