Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov gömrük postunda mövcud vəziyyətlə tanış olub

DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov gömrük postunda mövcud vəziyyətlə tanış olub

Oktyabrın 21-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Cənub Ərazi Baş Gömrük İdarəsinin İran İslam Respublikası ilə sərhəddə yerləşən “Astara” gömrük postunda olub.

Postda mövcud infrastrukturun vəziyyəti, əməkdaşların iş şəraiti ilə tanış olan Şahin Bağırov xidmət səviyyəsinin yüksəldilməsi, beynəlxalq tranzitin daha da asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 Oktyabr 2022 16:28
195