Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Külli miqdarda siqaretlər aşkar edilib

Külli miqdarda siqaretlər aşkar edilib

Dövlət Gömrük Komitəsinin Bakı və Sumqayıt Baş Gömrük İdarələrinin əməliyyat bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan və ölkə ərazisində qanunsuz satışı nəzərdə tutulan külli miqdarda siqaretlər aşkar edilərək götürülüb.

Belə ki,  Bakı şəhərində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 35400 ədəd, Sumqayıt şəhəri ərazisində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 57560 ədəd,  ümumilikdə 2 fakt üzrə 92960 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Oktyabr 2022 11:23
195