Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xidmət səviyyəsinin yüksəldilməsi, işçi məmnuniyyətinin artırılması istiqamətində müzakirələr aparılıb

Xidmət səviyyəsinin yüksəldilməsi, işçi məmnuniyyətinin artırılması istiqamətində müzakirələr aparılıb

Dövlət Gömrük Komitəsində işçi məmnuniyyətinin ölçülməsi istiqamətində aparılan sorğunun nəticələri müzakirə olunub. Tədbirdə Komitənin aidiyyəti struktur bölmələri tərəfindən gömrük əməkdaşları arasında aparılan anonim sorğuya əsasən xüsusi təqdimat hazırlanaraq nümayiş etdirilib. Sorğunun əsas məqsədi gömrük orqanlarında xidmət aparan əməkdaşların işçi məmnuniyyəti sahəsində rəyini öyrənmək, xidmət səviyyəsinin, vətəndaş məmnunluğunun artırılması istiqamətində tədbirləri həyata keçirməkdir.

Tədbirdə karyera imkanları, iş mühiti, komanda işinin səmərəli təşkili, idarəetmə, xidmət səviyyəsinin yüksəldilməsi, vətəndaş, işçi məmnuniyyətinin  artırılması istiqamətində müzakirələr aparılıb,  bu məqsədlə müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 Oktyabr 2022 15:06
195