Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsində xüsusi təlim keçirilib

Dövlət Gömrük Komitəsində xüsusi təlim keçirilib

Dövlət Gömrük Komitəsində Əməliyyat-İstintaq Baş İdarəsi, ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin müvafiq struktur bölmələrinin əməkdaşları üçün xüsusi təlim keçirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyası və Əməliyyat-İstintaq Baş İdarəsinin birgə təşkil etdiyi və  39 nəfər gömrük əməkdaşının qatıldığı təlimdə “Gömrük orqanları tərəfindən ibtidai araşdırma zamanı maddi sübut kimi götürülmüş qiymətli metallar və daşların, zərgərlik əşyalarının, milli və xarici valyuta ilə nağd pulların, qiymətli kağızların və sair əşyaların qablaşdırılması və məsul saxlanışa verilməsi qaydaları”, “Gömrük nəzarəti zamanı mallardan prob və nümunələrin, o cümlədən maddi sübut qismində hüquqpozma predmetlərinin kriminalistik taktikalara uyğun götürülməsi və düzgün qablaşdırılması” və sair mövzularda iştirakçılara məlumatlar  verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 

24 Oktyabr 2022 15:12
195