Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Güldanın içərisində narkotik vasitə - heroin aşkarlanıb

Güldanın içərisində narkotik vasitə - heroin aşkarlanıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran İslam Respublikası istiqamətindən gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu gömrük nəzarətindən keçən zaman saxlanılıb. Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin salonundakı karton qutuda olan qəhvəyi rəngli güldana reaksiya verib. Daha sonra həmin əşya rentgen qurğusundan keçirilib və şübhəli cizgilər müşahidə edilib. Ətraflı yoxlama nəticəsində güldanın alt hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerindən malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə etməklə şəffaf sellofanda qablaşdırılan, ümumi çəkisi 1 kq 750 qram açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin aşkarlanıb.  

Faktla bağlı araşdırma aparılır.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

31 Oktyabr 2022 16:53
195