Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sumqayıt Baş Gömrük İdarəsində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Sumqayıt Baş Gömrük İdarəsində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 3-də Sumqayıt Baş Gömrük İdarəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdən öncə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, Sumqayıt Baş Gömrük İdarəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb. 

Tədbirin açılışında Dövlət himni səsləndirilib, şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edənlər 8 Noyabr - Zəfər Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edərək 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədə Azərbaycan Ordusunun və əsgərinin nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq nümunələrindən söhbət açıblar. 

Tədbirdə Vətən müharibəsi iştirakçıları və qazilər keçdikləri döyüş yolundan və 30 il sonra Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən qürurla bəhs ediblər. Onlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. 

Daha sonra Vətən müharibəsində rəşadətli ordumuzun 44 gün ərzində keçdiyi döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub. 

Sonda Sumqayıt Baş Gömrük İdarəsinin kollektivi adından şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına diplom və xatirə hədiyyələri təqdim edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 

 

3 Noyabr 2022 18:33
195