Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Nəqliyyat vasitəsində narkotik vasitə - heroin aşkarlanıb

Nəqliyyat vasitəsində narkotik vasitə - heroin aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “ DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin alt hissəsindəki kabinəsində, ön panelin alt hissəsindəki boşluqda gömrük orqanlarına bəyan edilməyən, sellofana bükülü şəkildə, qəhvəyi rəngli, ümumi çəkisi 8,65 qram olan narkotik vasitə - heroin aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 Noyabr 2022 12:16
195