Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin kollektivi iştirak ediblər.

Tədbirin açılışında Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərin tarixi əhəmiyyətindən, ordu-xalq birliyindən, torpaqlarımızın ərazi bütövlüyünü təmin edən şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından bəhs ediblər. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində xeyli sayda gömrük əməkdaşı da döyüşlərdə iştirak edib.

Tədbirdə çıxış edən qazilər tarixi Zəfər Günü münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik edib, keçdikləri döyüş yolundan danışıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 Noyabr 2022 14:31
195