Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Gömrük Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 4-də Dövlət Gömrük Komitəsinin Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər iştirak ediblər.

Tədbirin açılışında ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov Zəfər Gününü Azərbaycan tarixinin ən parlaq səhifəsi adlandıraraq  qəhrəman oğullarımızın canı-qanı bahasına qazanılan bu zəfərin ulu öndər Heydər Əliyev strategiyasının, onun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasətinin, qüdrətli Azərbaycan ordusunun, eləcə də ölkənin iqtisadi inkişafının Zəfəri olduğunu qeyd edib.

Sonra şəhid valideynləri çıxış edərək ölkə rəhbərliyi və dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildirib, şəhidlərimizin xatirələrinin anılması istiqamətində təşkil edilən bu cür önəmli tədbirə görə təşəkkür ediblər.

Tədbirdə Vətən müharibəsi iştirakçıları və qazilər keçdikləri döyüş yolundan və 30 il sonra Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən qürurla bəhs edərək, gənclərə müstəqil dövlətimizin inkişafı üçün səylə çalışmağı tövsiyə ediblər.

Çıxışlardan sonra Zəfər gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbir Akademiyamın tələbələrinin ifasında bədii kompozisiya ilə davam edib. 

5 Noyabr 2022 09:08
195