Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Zəfər Günü”nə həsr olunmuş “Breyn rinq” intellektual oyununun final mərhələsi keçirilib

“Zəfər Günü”nə həsr olunmuş “Breyn rinq” intellektual oyununun final mərhələsi keçirilib

Noyabrın 4-də Dövlət Gömrük Komitəsinin əməkdaşları arasında “Zəfər Günü”nə həsr olunmuş “Breyn rinq” intellektual oyununun final mərhələsi keçirilib.

Gömrük əməkdaşlarının fərdi inkişafı, məntiqi təfəkkürlərinin nümayiş etdirilməsi və komanda ruhunun möhkəmləndirilməsi məqsədilə təşkil edilən intellektual oyunda Komitə aparatının struktur bölmələri və Komitə sisteminə daxil olan qurumların nümayəndələrinin təmsil olunduğu 34 komanda iştirak edib.

Gərgin mübarizə şəraitində davam edən yarışların final mərhələsi 11 komandanın iştirakı ilə keçirilib.

Bakı Baş Gömrük İdarəsinin “Kapitan” komandası ən yaxşı nəticə nümayiş etdirərək 1-ci yerə layiq görülüb. 2-ci və 3-cü yerləri Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Enerji”, Tibbi Xidmət İdarəsinin “Hippokrat” komandaları bölüşüblər.

Qalib komandalar mükafatlandırılıb  və sertifikatlarla təltif olunublar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Noyabr 2022 15:24
195