Cənub Ərazi Baş Gömrük İdarəsində Qarabağ Zəfərinin ikinci ildönümü qeyd olunub
Cənub Ərazi Baş Gömrük İdarəsində Qarabağ Zəfərinin ikinci ildönümü qeyd olunub
Noyabrın 4-də Cənub Ərazi Baş Gömrük İdarəsində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları qatılıblar.
Öncə mərasim iştirakçıları Biləsuvar şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, Anım abidəsi və şəhidlərin məzarlarının önünə gül dəstələri qoyublar.
Ümummilli lider Heydər Əliyevin büstü qarşısına da gül dəstələri düzülüb, xatirəsi anılıb.
Biləsuvar rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Qarabağın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilərək torpaqlarımızın işğaldan azad olunmasından, 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən bəhs ediblər.
Sonra 8 Noyabr - Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbir bədii hissə ilə yekunlaşıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi