Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Kinoloji Mərkəzdə Zəfər Gününə həsr olunan tədbir keçirilib

Kinoloji Mərkəzdə Zəfər Gününə həsr olunan tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirin əvvəlində torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsi zamanı əsl qəhrəmanlıq nümunəsi göstərərək qısa vaxt ərzində torpaqlarımızı işğaldan azad etdi, tarixi qələbə qazandı.

Tədbirdə çıxış edən Kinoloji Mərkəzin Vətən müharibəsində iştirak edən əməkdaşları döyüş xatirələrini bölüşüb, Azərbaycan Silahlı Qüvvələrinin, qəhrəman şəhidlərimizin keçdiyi şanlı döyüş yolundan qürurla bəhs ediblər.

Sonda 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

4 Noyabr 2022 12:16
195