Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbədən, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığından qürurla bəhs ediblər. O da vurğulanıb ki,  tarixi zəfərimizin əldə olunmasında ən mühüm amillər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən  hərbi və siyasi strategiyası, Azərbaycan əsgərinin rəşadətidır.

Sonda 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilib və Vətən müharibəsi iştirakçılarına hədiyyələr, xatirə plaketləri təqdim olunub.

5 Noyabr 2022 15:11
195