Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xalqımızın şanlı tarixinə yazılan qürur səhifəsi - Zəfər Günü

Xalqımızın şanlı tarixinə yazılan qürur səhifəsi - Zəfər Günü

8 Noyabr - Zəfər Günü münasibətilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində tədbir keçirilib.

Dövlət Himni səsləndirildikdən sonra qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, ümummilli lider Heydər Əliyevin uzaggörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizi 44 günlük qısa zaman kəsiyində azad etməsi şanlı tariximizə yazılan qürur səhifəsidir. O da qeyd olunub ki, ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçərək üçrəngli bayrağımızı Şuşada dalğalandıran şəhidlərimizin əziz xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq.

Sonda Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin nümayəndələrinə hədiyyələr təqdim olunub.    

5 Noyabr 2022 14:57
195