Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mərkəzi Gömrük Hospitalında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edənlər bildiriblər ki, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqının igid oğulları Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşərək işğalçı Ermənistan üzərində tarixi qələbə qazanıb, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər.

Tədbirdə Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Sonra Vətən müharibəsinin iştirakçıları keçdikləri döyüş yolundan danışaraq xatirələrini bölüşüblər.

Sonda Vətən müharibəsi iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

5 Noyabr 2022 13:29
195