Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Şanlı qələbəmizin Zəfər Günü Qərb Ərazi Baş Gömrük İdarəsində qeyd edilib

Şanlı qələbəmizin Zəfər Günü Qərb Ərazi Baş Gömrük İdarəsində qeyd edilib

Qərb Ərazi Baş Gömrük İdarəsində 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə daha sonra torpaqlarimizin azad olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun tarixi qələbə qazandığını, qəhrəman şəhidlərimizin canları, qanları hesabına əldə olunan şanlı zəfərimizin dünya hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildiriblər.

Vətən müharibəsində iştirak edən gömrük əməkdaşları Azərbaycan əsgərinin döyüş yolundan, dövlətimizin, xalqımızın silahlı qüvvələrə dəstəyindən qürurla danışıblar.

5 Noyabr 2022 11:07
195