Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Şimal Ərazi Baş Gömrük İdarəsində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Şimal Ərazi Baş Gömrük İdarəsində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Şimal Ərazi Baş Gömrük İdarəsində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib. 

Tədbirin əvvəlində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu əsl qəhrəmanlıq nümunəsi göstərərək qısa vaxt ərzində tarixi qələbə qazanıb.

Tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin, qəhrəman şəhidlərimizin keçdiyi şanlı döyüş yolundan qürurla bəhs edib, ölkə rəhbərliyinin  şəhid ailələrinə, qazilərə göstərdiyi hərtərəfli dövlət qayğısından danışıb, Vətən müharibəsi iştirakçıları döyüş xatirələrini bölüşüblər.

Tədbirdə Vətən müharibəsində iştirak edən əməkdaşlara fəxri fərmanlar verilib.

4 Noyabr 2022 18:46
195