Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlarla görüş keçirilib
Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlarla görüş keçirilib
Noyabrın 12-də Dövlət Gömrük Komitəsində kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlarla görüş keçirilib.
Komitə rəhbərliyinin, Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə ixrac olunan kənd təsərrüfatı məhsullarının, xüsusilə tez xarab olan malların sürətli keçidinin təmin olunması, eləcə də meyvə-tərəvəz məhsullarının satışı zamanı konsiqnasiya rejimi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin aktual məsələlər üzrə gömrük-biznes əməkdaşlığının daha da gücləndirilməsi, idxal-ixrac əməliyyatları zamanı qanunvericiliyin tələblərinə düzgün əməl olunması, könüllü riayət prinsipinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi