Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Səriştəlilik testi”nin nəticələri məlum olub

“Səriştəlilik testi”nin nəticələri məlum olub

"Gömrük orqanlarının əməkdaşlarının vəzifədə irəli çəkilməsi işinin təkmilləşdirilməsi haqqında” Dövlət Gömrük Komitəsinin 06 oktyabr 2022-ci il tarixli sərəncamının icrasından irəli gələrək Komitədə vakant vəzifələrin şəffaflıq və obyektivlik prinsipləri əsasında tutulması məqsədilə elan edilən daxili müsabiqədə iştirak üçün 373 namizəd tərəfindən “Səriştə üzrə Anket” formaları doldurularaq təqdim olunub. Anket formaları Komissiya tərəfindən (doldurulma qaydalarına uyğunluğu nəzərə alınmaqla) təhlil edilmiş və tələblərə cavab verən 341 namizəd daxili müsabiqənin ikinci – “Səriştəlilik testi” mərhələsində iştirak hüququ qazanıb. 

29 oktyabr 2022-ci il tarixində “Səriştəlilik testi” keçirilib.

 Daxili müsabiqənin şərtlərinə uyğun olaraq “Səriştəlilik testi”ndə iştirak edərək ən yüksək bal toplayan 107 nəfər gömrük əməkdaşı müsabiqənin növbəti – “İndividual tapşırıq və təqdimat” mərhələsində iştirak hüququ qazanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

15 Noyabr 2022 19:00
195