Bilik yarışının qalibləri ilə görüş keçirilib
Bilik yarışının qalibləri ilə görüş keçirilib
Noyabrın 23-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Komitə əməkdaşları arasında keçirilən “Breyn-rinq” intellektual oyununun qalibləri ilə görüşüb.
Bilik yarışlarının maarifləndirmə, fərdi inkişaf, məntiqi təfəkkürün nümayişi, komanda ruhunun möhkəmləndirilməsi, bilik və bacarıqların inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb. Dövlət Gömrük Komitəsi əməkdaşlarının motivasiyasının yüksəldilməsinə xidmət edən bu kimi yarışların davamlı olacağı bildirilib, qaliblərə uğurlar arzulanıb.
Görüşün sonunda qalib komandalara sertifikatlar təqdim olunub.
Xatırladaq ki, Zəfər Gününə həsr olunan “Breyn-rinq” bilik yarışında Dövlət Gömrük Komitəsi aparatının struktur bölmələri və Komitə sisteminə daxil olan qurumların nümayəndələrindən ibarət 34 komanda iştirak edib.
Bakı Baş Gömrük İdarəsinin “Kapitan” komandası 1-ci, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Enerji” komandası 2-ci, Tibbi Xidmət İdarəsinin “Hippokrat” komandası 3-cü yerə layiq görülüb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi