Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında xüsusi təlim keçirilib

Gömrük Akademiyasında xüsusi təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin müvafiq struktur bölmələrinin əməkdaşları üçün xüsusi təlim keçirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyası və Əməliyyat-İstintaq Baş İdarəsinin birgə təşkil etdiyi və ümumilikdə 39 nəfər gömrük əməkdaşının qatıldığı təlimin açılışında çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov gömrük əməkdaşlarının peşə hazırlığının artırılması, həm nəzəri, həm də praktiki bilik və bacarıqların təkmilləşdirilməsi və inkişafı məqsədilə təşkil edilən təlimin əhəmiyyətindən bəhs edib. Q. Novruzov iştirakçılara mövzuları dərindən mənimsəməyi, təlimdən maksimum faydalanmağı tövsiyə edərək onların hər birinə uğurlar arzulayıb.

Təlimdə “Gömrük orqanları tərəfindən ibtidai araşdırma zamanı maddi sübut kimi götürülmüş qiymətli metallar və daşların, zərgərlik əşyalarının, milli və xarici valyuta ilə nağd pulların, qiymətli kağızların və sair əşyaların qablaşdırılması və məsul saxlanışa verilməsi qaydaları”, “Gömrük nəzarəti zamanı mallardan prob və nümunələrin, o cümlədən maddi sübut qismində hüquqpozma predmetlərinin kriminalistik taktikalara uyğun götürülməsi və düzgün qablaşdırılması” və sair mövzularda iştirakçılara məlumatlar verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

İki gün davam edən təlimin sonunda iştirakçıların biliklərinin qiymətləndirilməsi prosesi də keçirilib.

26 Noyabr 2022 11:06
195