Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət müşavirləri ilə görüş keçirilib

Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət müşavirləri ilə görüş keçirilib

Noyabrın 28-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Ticarət Müşavirliyinin nümayəndələri - Ahmet Erdal, Yakup Sefer və Murat Yaman ilə görüşüb. 

Görüşdə dövlətlərimiz və xalqlarımız arasındakı tarixi ənənələrə söykənən dostluq, qardaşlıq münasibətlərindən, bütün sahələrdə, o cümlədən gömrük işinin təşkili istiqamətində uzunmüddətli strateji tərəfdaşlıq əlaqələrindən, səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edilib. Azərbaycan və Türkiyə prezidentlərinin səmimi dostluq və qardaşlıq münasibətlərinin, inam və etimadın qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə böyük zəmin yaratdığı vurğulanıb.

Eyni zamanda məlumat və təcrübə mübadiləsinin daha da gücləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyi qeyd olunub, həmçinin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Saziş”in, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında imzalanmış “Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş”in icrası ilə bağlı bəzi texniki məsələlərin qısa zaman kəsiyində həllinin zəruriliyi də diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 Noyabr 2022 12:17
195