Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xidmətə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi keçiriləcək

Xidmətə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi keçiriləcək

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində bəzi vakant ştat vahidlərinin yaranması ilə əlaqədar olaraq, həmin vakant vəzifələrə gənc mütəxəssislərin tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında xidmətə qəbul edilməsi üçün Komitə tərəfindən 08 oktyabr 2022-ci il tarixdə müsabiqə elan edilib. 

Nəzərinizə çatdırırıq ki, müsabiqənin test imtahanı mərhələsi 18 dekabr 2022-ci il tarixdə keçiriləcək. 

Məlumat üçün bildiririk ki, test imtahan vaxtı 2 saatdan 2 saat 30 dəqiqəyə qədər artırılıb.

Namizədlərə elektron poçt ünvanları vasitəsilə test imtahanının keçiriləcəyi yer və imtahan vaxtı barədə əlavə məlumat veriləcək. 

Qeyd edək ki, imtahan nəticələri Komitənin rəsmi internet saytında elan olunacaq, eyni zamanda, hər bir namizədin elektron poçt ünvanına göndəriləcək.

Dövlət Gömrük Komitəsi bütün namizədlərə uğurlar arzu edir!

28 Noyabr 2022 12:04
195