Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Təməl həyata dəstək (BLS) və ilk yardım” mövzusunda təlimlər keçirilir

“Təməl həyata dəstək (BLS) və ilk yardım” mövzusunda təlimlər keçirilir

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-karantin xidməti “Təməl həyata dəstək (BLS) və ilk yardım” mövzusunda təlimlər keçirir.

Noyabrın 28-dən başlanan və dekabrın sonunadək davam edəcək təlimlər DGK strukturuna daxil olan qurumların məsul şəxsləri üçün nəzərdə tutulub.

Məqsəd xüsusi həyati təhlükəli hallar zamanı həkimə qədər ilk yardımın göstərilməsi ilə bağlı bilgi verməkdir.

Təlim iştirakçılarına ilk yardım çantalarında olan vasitələrdən istifadə etməklə ilk yardımın göstərilməsinə dair nəzəri və praktiki məşğələlər keçirilir.

Təlimin sonunda gömrükçülər “İlk yardım” sertifikatı əldə edirlər.

Onu da bildirək ki, təlimləri DGK Tibbi Xidmət İdarəsi Sanitar-karantin xidmətinin ərazi üzrə baş müfəttişləri aparırlar.

Təlimlər Dövlət Gömrük Komitəsinin Bakı, Abşeron və Sumqayıt əraziləri üzrə Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında, Şimal, Cənub və Qərb əraziləri üzrə isə ayrılmış xüsusi otaqlarda keçirilir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Noyabr 2022 11:52
195