Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK İdman-Sağlamlıq Mərkəzinin yetirməsi Avropa çempionatında gümüş medal qazanıb

DGK İdman-Sağlamlıq Mərkəzinin yetirməsi Avropa çempionatında gümüş medal qazanıb

Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin idmançısı taekvondo üzrə yeniyetmələr arasında Avropa çempionatında gümüş mükafata layiq görülüb. 

Maltanın Valetta şəhərində noyabrın 25-28 tarixlərində keçirilən yarışda 42 ölkədən 400 idmançı iştirak edib. 

Çempionatda Azərbaycan Taekvondo Federasiyasının yeniyetmələrdən ibarət milli komandası 17 idmançı ilə təmsil olunub. Millimiz bu mötəbər yarışda 3 qızıl, 2 gümüş və 3 bürünc medalla komandalar arasında 3-cü yeri tutub. 

O cümlədən, mükafatçılar sırasında DGK İdman-Sağlamlıq Mərkəzinin məşqçisi Elməddin Vəliyevin yetirməsi ölkə birincisi Elcan Əliyev yer alıb. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

 

 

30 Noyabr 2022 15:58
195