Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında Təhsil Tələbə Krediti Fondu ilə görüş keçirilib

Gömrük Akademiyasında Təhsil Tələbə Krediti Fondu ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Təhsil Tələbə Krediti Fondu ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev və rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.

Akademiyanın fəaliyyəti barədə qonaqlara məlumat verən Qulu Novruzov görüşün əhəmiyyətindən, dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edərək təhsildə bərabər imkanların yaradılması məqsədinə xidmət edən Təhsil Tələbə Krediti Fondunun fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra tədbirdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.

Görüşdə çıxış edən Araz Paşayev ölkəmizdə aparılan gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edib. TTKF-in fəaliyyətinə qısa nəzər salan A.Paşayev fondun əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsilin əhatə dairəsini genişləndirməkdən və keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb.

Görüş çərçivəsində TTKF tərəfindən tələbələr üçün maarifləndirici tədbir keçirilib, TTKF-in fəaliyyət istiqamətləri, fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə təlim iştirakçılarına geniş məlumat verilib.

Tədbirdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

2 Dekabr 2022 11:46
195