Külli miqdarda zərgərlik məmulatları aşkarlanıb
Külli miqdarda zərgərlik məmulatları aşkarlanıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşına məxsus əşyalardan və şəxsi yoxlama zamanı üzərlərindən, ümumi çəkisi 1506,32 qram olan qızıl zərgərlik məmulatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladırıq ki, bu sahədə qanuni fəaliyyət göstərən şəxslər üçün əlverişli şərait yaradılması məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə 5 aprel 2021-ci il 88 saylı qərarı ilə qızıl idxalı ilə əlaqədar gömrük ödənişlərinin məbləği azaldılıb. Lakin bəzi şəxslər bu fürsətdən yararlanmaq əvəzinə qaçaqmalçılıq yolu ilə qızılın ölkəyə gətirilməsinə cəhdlər göstərir.
Bildiririk ki, həm qanuni sahibkarların, həm də dövlətin mənafeyinə ziyan vuran bu cür hərəkətlərin qarşısı isə gömrük orqanları tərəfindən qətiyyətlə alınacaqdır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi