Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşlarının məlumatlılığının artırılması üçün seminar keçirilib

Gömrük əməkdaşlarının məlumatlılığının artırılması üçün seminar keçirilib

Dekabrın 2-də Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, eləcə də kontrafakt dərman preparatlarının qaçaqmalçılığına qarşı mübarizə işi sahəsində gömrük əməkdaşlarının məlumatlılığının artırılması” mövzusunda seminar keçirilib.

Seminar DGK Tibbi Xidmət İdarəsi və Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə baş tutub.

Açılışda çıxış edən DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi və cəmiyyətdə yaratdığı problemlərlə bağlı məlumat verib, bu sahədə maarifləndirmə işinin aparılmasının vacibliyini diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov bu bəşəri bəlaya qarşı mübarizə sahəsində gömrük orqanlarının həyata keçirdiyi tədbirlərə toxunub, rəhbərlik etdiyi təhsil ocağının da məlumatlılığın artırılması işinə  töhfə vermək niyyətində olduğunu  vurğulayıb.

Təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verən Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi  Avropa Regional Ofisinin nümayəndəsi Hacı Hacıyev də  seminarın əhəmiyyətindən danışıb, tədbirin gömrük əməkdaşlarının biliklərinin  artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra seminar “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı”, “Çağdaş dövrdə psixotrop dərmanların yaratdığı problemlər”, “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” mövzularında təqdimatlarla davam edib.

Seminar çərçivəsində gömrükçülər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”, həmçinin  narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və saxta dərmanların yaratdığı təhlükələr haqqında da yeni məlumatlar əldə ediblər.

Daha sonra nümayiş etdirilən təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 Dekabr 2022 14:36
195