ÜGT-nin Avropa Regionu üzrə sədr müavini ilə görüş keçirilib
ÜGT-nin Avropa Regionu üzrə sədr müavini ilə görüş keçirilib
Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 87-ci sessiyası çərçivəsində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov ÜGT-nin Avropa Regionu üzrə sədr müavini, Yunanıstan Respublikası Gömrük və Aksiz Baş Direktorluğunun Baş direktoru Konstantinos Mourtidis ilə görüşüb.
Görüşdə ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin imkanlarının genişləndirilməsi, ofisin fəaliyyətinə dair ÜGT-nin Avropa Regionu üzrə üzv dövlətləri tərəfindən töhfələrin verilməsi barədə müzakirələr aparılıb, eləcə də daimi əsaslarla fəaliyyət göstərəcək heyət barədə konkret təkliflər irəli sürülüb.
Bundan əlavə, görüşdə ümumi razılıq əsasında görüləcək növbəti işlər müəyyən edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi