Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və Türkiyə gömrük orqanları arasında görüş olub

Azərbaycan və Türkiyə gömrük orqanları arasında görüş olub

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikası Dilucu Gömrük Müdirliyi arasında “Dilucu” sərhəd-buraxılış məntəqəsində gömrük əməkdaşlığı çərçivəsində görüş keçirilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyevin və Dilucu Gömrük Müdirliyinin müdir vəkili Erdan Esenin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması və bu istiqamətdə imkanların artırılması məsələləri müzakirə edilib. Qeyd olunub ki, hər iki ölkənin gömrükçüləri arasında keçirilən görüş əməkdaşlığın daha da dərinləşməsinə və əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi           

8 Dekabr 2022 09:45
195