Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük nəqliyyat vasitəsində metamfetamin aşkar edildi

Yük nəqliyyat vasitəsində metamfetamin aşkar edildi

Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına xurma yükü aparan “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi xidməti itin tətbiqi ilə yoxlamaya cəlb olunub. Yoxlama zamanı yük avtomobilinin kabinində gümüşü rəngli falqaya bükülmüş sellofan paketin içərisində, təmiz çəkisi 14,757 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Dekabr 2022 10:49
195