Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sumqayıt Baş Gömrük İdarəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Sumqayıt Baş Gömrük İdarəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Sumqayıt Baş Gömrük İdarəsində tədbir keçirilib.

Tədbir iştirakçıları görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə güllər düzüblər.

Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, ölkəmizin dünya birliyində layiqli yer tutması üçün göstərdiyi tarixi xidmətlər qeyd edilib. Ümummilli liderin xalqın çağırışı ilə 1993-cü ilin iyununda yenidən respublika rəhbərliyinə qayıdışının müasir müstəqil Azərbaycan dövlətinin qurulmasına və uzunmüddətli inkişaf yoluna çıxmasına imkan yaratdığı diqqətə çatdırılıb.

Ölkə həyatının bütün sahələrində olduğu kimi, gömrük xidmətinin də məhz dahi rəhbər Heydər Əliyevin diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrildiyindən bəhs edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Dekabr 2022 11:14
195