Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində tədbir keçirilib.

Tədbirdə bildirilib ki, Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirdiyi uğurlu siyasətin məntiqi olaraq müstəqilliyimiz dönməz xarakter alıb, Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Azərbaycanın yüksələn xətlə inkişafı ölkədə aparılan uğurlu gömrük siyasətilə də bilavasitə bağlı olub. Ölkəmizdə qısa zamanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılıb.

Respublikamızın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan dahi rəhbərin müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyi, Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxardığı bildirilib. Bu gün bütün sahələrdə Heydər Əliyev siyasətinin öz bəhrəsini verdiyi, xalqımızın dahi rəhbərin nurlu xatirəsini unutmadığını, onun dövlətçilik irsinə və ideyalarına hər zaman hörmət və sədaqət nümayiş etdirdiyi vurğulanıb.

Sonda ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Dekabr 2022 13:38
195