Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsində Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Naxçıvan Baş Gömrük İdarəsinin rəhbər heyəti dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.  

Ardınca Naxçıvan Baş Gömrük İdarəsində Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirə açılış nitqi ilə başlayan Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Əliyev Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.

Çıxış edən digər natiqlər Azərbaycanın hərtərəfli tərəqqisi yolunda xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıblar.

Sonda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən filmə baxış keçirilib.

12 Dekabr 2022 14:33
195