Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Daxili müsabiqənin “İndividual tapşırıq və təqdimat” mərhələsi keçirilir

Daxili müsabiqənin “İndividual tapşırıq və təqdimat” mərhələsi keçirilir

Dekabrın 14-də Dövlət Gömrük Komitəsində daxili müsabiqənin “İndividual tapşırıq və təqdimat” mərhələsinə start verilib. Daxili müsabiqənin məqsədi gömrük orqanında karyera inkişafı və vəzifə dəyişikliyində şəffaflığın təmin olunması, vəzifə yüksəlişində müvafiq standartların və dəyərlər sisteminin formalaşdırılması, gömrük sistemində çalışan potensiallı və müvafiq səriştələrə malik kadrların müəyyənləşdirilməsi və vakant vəzifələr üzrə kadr ehtiyacının ödənilməsidir.

Tam şəffaflıq şəraitində keçən daxili müsabiqənin “İndividual tapşırıq və təqdimat” mərhələsinin video çəkilişi də aparılır. Xatırladaq ki, bu mərhələdə, ümumilikdə 107 gömrük əməkdaşının iştirakı nəzərdə tutulub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Dekabr 2022 17:51
195